Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür – VİDEObackend

Milli Qəhrəman Pəncəli Teymurovun doğum günüdür – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun doğum günüdür.

Oxu.Az xatırladır ki, Pəncəli Nurməhəmməd oğlu Teymurov 1981-ci il 24 mart tarixində Astara rayonunun Əzərüd kəndində anadan olub.

1986-1998-ci illərdə Astara rayonu, B.Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb. Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda xidmət edib.

Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurub. O, toyunda özünə “şəhidliyin qismət olmasını” arzu edib.

Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində düşmənlə döyüşə girib və Talış yüksəkliklərinin alınmasında iştirak edib. P.Teymurov 3 aprel 2016-cı ildə şəhidlik zirvəsinə ucalıb.

O, 11 aprel 2016-cı ildə doğulduğu Astara rayonunun Əzərüd kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, 7 noyabr 2025-ci ildə Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Pəncəli Teymurova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.