“Milli uduzanda, səhəri gün çalışıram evdən elə çıxım ki, qonşular məni görməsin”backend

“Milli uduzanda, səhəri gün çalışıram evdən elə çıxım ki, qonşular məni görməsin”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hər birimizin yaralı yeri milli komandadır. Onun vəziyyəti hər kəsi narahat edir”. 

Editor.az xəbər verir ki, bunu PFL-in prezidenti Ramin Musayev deyib. İTV kanalında yayımlanan “Bol idman” verilinin qonağı olan PFL prezidenti, millimizin uğursuz çıxışını baş məşqçi yox, futbolçularla əlaqələndirib:

“Canni de Byazi hələ ki, istədiyini ala bilmir. O məşqçi bir gün çıxıb gedəcək. Amma oyunçularımız yenə burada qalacaq. Mən futbol oynamıram, amma komandamız uduzanda, səhəri günü çalışıram evdən elə çıxım ki, qonşulardan məni görən olmasın.

Futbolçular da bunu düşünməli, narahat olmalıdırlar. Bu üzdən günahın əksəriyyətini futbolçularda görürəm. Çünki mübarizə aparmırlar. Biz döyüşkən millətik, bunu da sübut eləmişik. Amma futbolda bunu edə bilmirik”.