Millimiz Lüksemburqa qarşıbackend

Millimiz Lüksemburqa qarşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə Azərbaycan milli komandası bu gün DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində növbəti oyununa çıxacaq.

Editor.az matc.az-a istinadən bildirir ki, ilk iki turda xal qazana bilməyən Canni de Byazinin yetirmələri üçüncü sınağında Lüksemburq yığması ilə üz-üzə gələcək.

Millimiz bu rəqiblə səfərdə qarşılaşacaq. Qrupda sonuncu olan yığmamız İrlandiya və Portuqaliya ilə çətin qarşılaşmalar ərəfəsində Lüksemburqda ilk uğurunu rəsmiləşdirməyə çalışacaq.

Qeyd edək ki, millimiz bunadək Portuqaliyaya 0:1, Serbiyaya 1:2 hesabı ilə uduzub.

DÇ-2022-nin seçmə mərhələsi
A qrupu
1 sentyabr

22:45. Lüksemburq – Azərbaycan
Baş hakim: İrfan Pelito (Bosniya və Herseqovina).
Lüksemburq. “Stad Lüksemburq”.