Millimizin daha bir sabiq futbolçusu hakimi təhqir edibbackend

Millimizin daha bir sabiq futbolçusu hakimi təhqir edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millimizin daha bir sabiq futbolçusu AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılıb.

Editor.az xəbər verir ki, “Simurq”, “Xəzər Lənkəran”, “Rəvan”, “Zirə”, “Kəpəz” kimi klublarda forma geyinmiş Tural Cəlilov 11 yaşadək (U-11) futbolçuların çıxış etdiyi liqada Xaçmazın UGİM komandasının məşqçisi kimi cəza alıb.

35 yaşlı məşqçi dekabrın 4-də keçirilmiş “Metak” – UGİM (Xaçmaz) oyununda matçın 36-cı dəqiqəsində hakimi təhqir edib və buna görə birbaşa qırmızı vərəqə alıb. İntizam Komitəsi buna görə onu üç oyunluq cəzalandırıb.

Qeyd edək ki, daha əvvəl millimizin sabiq futbolçusu Ramal Hüseynov hakimi təhqir etdiyinə görə, ona 15 oyun stadiona girişinə qadağa qoyulmuşdu.