Millimizin UEFA Millətlər Liqasındakı rəqiblərindən olan Lüksemburq yığması yoxlama oyununda qüvvəsini sınayıb.
Lyuk Holtsun başçılıq etdiyi kollektiv Almaniyanın III Bundesliqa təmsilçisi “Saarbrükken”lə qarşılaşıb.
“Jozi Bartel” stadionunda baş tutan matçda hesab açılmayıb.
Qeyd edək ki, Azərbaycan millisi C Liqasının 1-ci qrupunda ilk oyununu sentyabrın 5-də Bakıda məhz Lüksemburqa qarşı keçirəcək. Bu rəqiblər ikinci qarşılaşma isə noyabrın 17-də Lüksemburqda olacaq. Qrupda Monteneqro və Kipr milliləri də yer alıblar.
//Report

