Millimizin sabiq futbolçusu karyerasını bərpa etdibackend

Millimizin sabiq futbolçusu karyerasını bərpa etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son olaraq “Zirə”də çıxış edən və 2021-ci ilin yanvarında karyerasını başa vuran Rəşad Eyyubov futbola qayıdıb.

O, Region Liqasında oynayacaq. 30 yaşlı Eyyubov “Füzuli”yə keçib.

Peşəkar futbola Ukraynada başlayan futbolçu vaxtilə bu ölkənin U-17 millisində çıxış edib. Daha sonra Azərbaycana üz tutan yarımmüdafiəçi “Simurq”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt”,” “Neftçi” və “Zirə”nin formalarını geyinib. O, Azərbaycanın əsas millisində 7 oyun keçirib.

Oxu.Az