Millimizin sabiq hücumçusu: “Serbiyanı ancaq “playstation”da uda bilərik”backend

Millimizin sabiq hücumçusu: “Serbiyanı ancaq “playstation”da uda bilərik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Serbiya millisi çox güclü, yaradıcı futbol oynayan komandadır”.

Editor.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin sabiq hücumçusu Zaur Ramazanov yığmamızın DÇ-2022-nin seçmə mərhələsində Serbiya ilə bu gün keçiriləcək oyunu barədə danışarkən deyib.

45 yaşlı mütəxəssis millinin oyunu ilə bağlı heç də nikbin fikirlər səsləndirməyib.

O, az top buraxaraq uduzmağa sevinəcəyini söyləyib:

“Yığmanın oyununa mənfi proqnoz vermək istəmirəm. Komandamıza uğurlar arzulayıram. Uğur deyəndə onu nəzərdə tuturam ki, böyükhesablı məğlubiyyət olmasın. Serbiyanı udsaq belə, qrupda sonuncu yerdəyik, nəsə dəyişməyəcək. 500-1000 manata işləyən mütəxəssislər 0:1 uduzduğumuz zaman mətbuata açıqlamalarında deyirlər ki, yaxşı qurtardıq, uğurlu nəticədir. Moldovanın, Belarusun böyükhesablı məğlubiyyətini misal çəkib camaatı aldadırlar. Bizə özümüz maraqlı olmalıdır, başqası yox”.

Millimizin qələbə şansını da dəyərləndirərkən Zaur Ramazanov bunun ancaq bir halda baş verə biləcəyini deyib: “Yalnız Serbiyadan bir nəfər, Azərbaycandan da “playstation”u yaxşı bacaran bir nəfər tapıb oynatsaq, nəyəsə ümid eləmək olar. Yəni Serbiyanı ancaq “playstation”da uda bilərik. Başqa cür şans görmürəm. Yenə də uğurlar arzulayıram”.

Qeyd edək ki, Belqraddakı “Rayko Mitiç” stadionunda keçiriləcək Serbiya – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. /Apasport