Millimizin üzvünün komandası Sequndada qaldıbackend

Millimizin üzvünün komandası Sequndada qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya 2-ci liqasında 2019/2020 mövsümünə yekun vurulub.

Editor.az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi “Albasete” sonuncu turda səfərdə “Kadiz”lə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.

İsrafilov bu oyunun iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

“Albasete” bu qələbə ilə xalını 52-yə çatdırıb və 22 komanda arasında 17-ci yeri tutmaqla Sequndada qalıb.