Milorad Dodik Moskvaya getməkdən qorxmurbackend

Milorad Dodik Moskvaya getməkdən qorxmur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bosniya və Herseqovinanın bir hissəsi olan Serb Respublikasının Prezidenti Milorad Dodik Vladimir Putinin Qələbənin 80-ci ildönümünü qeyd etməyə dəvətini “böyük şərəf” adlandırıb.

O, Moskvaya səfər etdiyi üçün Avropanın sanksiyalarından qorxmadığını bildirib. O, səfər zamanı ən böyük “dünya liderlərindən biri” (Vladimir Putin nəzərdə tutulur) ilə görüşəcəyini qeyd edib. Dodik Serb Respublikasının Radio və Televiziyasına müsahibəsində “Mən o vaxt orada olmaq istəyirəm və gedəcəm” deyib.

Qeyd edək ki, Kreml Moskvada keçiriləcək Qələbə Paradına 20-dən çox dövlət və hökumət başçısının qatılacağını bildirib.

//Samir Qurbanov, Editor.az