Milyarder İlon Mask Donald Tramp administrasiyasını tərk edirbackend

Milyarder İlon Mask Donald Tramp administrasiyasını tərk edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İlon Mask ABŞ prezidenti Donald Trampın administrasiyasında xüsusi dövlət işçisi kimi fəaliyyətini başa vurduğunu açıqlayıb. Bu barədə milyarder çərşənbə günü X sosial media platformasında məlumat verib.

Mask yazıb: “Mənim xüsusi dövlət işçisi kimi səlahiyyət müddətim başa çatır. Səmərəli xərclərlə mübarizə imkanına görə prezidentə təşəkkür edirəm”. O əlavə edib ki, Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) missiyası “yalnız daha da güclənəcək”. Sahibkar aprelin 22-də bildirib ki, o, DOGE-də işləməyə ayırdığı vaxtı əhəmiyyətli dərəcədə azaltmaq və diqqətini öz şirkəti Tesla-ya yönəltmək niyyətindədir.

Ağ Evin anonim rəsmisi “Associated Press” agentliyinə milyarderin dövlət qulluğundan getdiyini təsdiqləyib. Bu qərar Trampın ABŞ prezidentinin “Böyük gözəl qanun layihəsi” adlandırdığı əsas qanunvericilik aktını tənqid etməsindən bir gün sonra verilib. CBS telekanalına müsahibəsində Elon Mask bu təşəbbüsü büdcə kəsirini artıran və DOGE-nin “işinə xələl gətirən” “külli miqdarda xərcləmə layihəsi” adlandırıb.

//Samir Qurbanov, Editor.az