Milyarder polkovnikin şəriki güllələndi – Rusiyadabackend

Milyarder polkovnikin şəriki güllələndi Rusiyada

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 6-da Monteneqroda fərarilik və rüşvət almaqda vasitəçilik ittihamı ilə qiyabi olaraq 9 il azadlıqdan məhrum edilən keçmiş Federal Təhlükəsizlik Xidmətinin polkovniki Dmitri Senin güllələnərək öldürülüb.

Editor.az  Lent.az-a istinadla bildirir ki, bu barədə Daniil Bezsonov X şəbəkəsindəki xəbərlərə istinadən öz kanalında məlumat verib.

Ehtimal olunur ki, Senin Rusiyanı 2017-ci ilin fevralında, Daxili İşlər Nazirliyinin polkovniki Dmitri Zaxarçenkonun saxlanmasından 6 ay sonra tərk edib, axtarış zamanı ondan 8 milyard rubl (82 milyon dollara yaxın) dəyərində pul və qiymətli əşyalar götürülüb. Senin Zaxarçenkoya rüşvət verməkdə və fərarilikdə vasitəçilik etməkdə təqsirli bilinib.

Senin yalnız 2020-ci ildə beynəlxalq axtarışa verilib. O, Monteneqroda saxlanılıb, lakin həmin ölkənin hakimiyyət orqanları onu ekstradisiya etməkdən imtina edərək siyasi sığınacaq verib.

Seninin məhkəməsi 235-ci qarnizon hərbi məhkəməsində baş tutub.

Müəyyən edilib ki, o, 2017-ci ilin fevral ayında Timur Kudasovun adına pasportu olan avtomobillə Verxniy Lars sərhəd-keçid məntəqəsində Rusiya-Gürcüstan sərhədini keçib.