Milyarderlərin yeni reytinq sityahısı çap olunub: Nə kimi dəyişikliklər var?backend

Milyarderlərin yeni reytinq sityahısı çap olunub: Nə kimi dəyişikliklər var?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

LVMH-nin səhmlərinin nəzarət paketinə malik olan fransalı iş adamı Bernard Arno dünyanın ən varlı adamları reytinqində birinci yeri tutub.

Editor.az bildirir ki, milyarderlərin müvafiq reytinqini mayın 1-də “Bloomberg” nəşri dərc edib. Nəşrə görə, Arnonun sərvəti ilin əvvəlindən 7 milyard dollar artaraq, bu gün 215 milyard dollar təşkil edir. Siyahıda ikinci yerdə sərvəti 198 milyard dollar (ilin əvvəlindən +20,8 milyard dollar) qiymətləndirilən “Amazon”un qurucusu və keçmiş baş direktoru Ceff Bezosdur. Reytinqdə üçüncü yerdə 194 milyard dollarla “Tesla və SpaceX”in yaradıcısı İlon Mask qərarlaşıb.

Dünyanın ən varlı adamları onluğuna həmçinin “Meta”nın qurucusu Mark Zukerberq (153 milyard dollar), “Microsoft”un qurucusu Bill Qeyts (149 milyard dollar), “Google” və “Alphabet”in həmtəsisçiləri Larri Peyc (146 milyard dollar) və keçmiş “Microsoft”u Sergey Brin (138 milyard dollar) daxil olub. Baş direktor Stiv Balmer (130 milyard dollar), amerikalı investor və xeyriyyəçi Uorren Baffet (132 milyard dollar) və Oracle korporasiyasının qurucusu və rəhbəri Larri Ellison (129 milyard dollar) da daxildir.

//Samir Qurbanov, Editor.az