Milyonlarla “Android” smartfonuna casus proqramı yüklənibbackend

Milyonlarla “Android” smartfonuna casus proqramı yüklənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milyonlarla android telefonlarında namaz vaxtı, radar aşkarlama və QR kod oxuyucu kimi ən çox yüklənən proqramlarda casus proqramlarının olduğu təsbit edilib.

Editor.az xarici KİV-ə istinadla xəbər verir ki, “Google Play Store” istifadəçilərdən gizli məlumat toplayan minlərlə proqramı sildiyini açıqlayıb. Mütəxəssislər milyonlarla telefonda bu proqramların olduğunu bildiriblər. Tətbiqlərlə istifadəçilərin yerləri, e-poçtları və telefon nömrələrinin oğurlandığı bildirilib. Proqram Amerika Milli Təhlükəsizlik Agentliyi tərəfindən  idarə olunan Panama dövlətinə məxsus “Measurement Systems” şirkəti tərəfindən istehsal edilib.

  //Editor.az