Milyonluq şirkət Rövşən Rüstəmovun rəhbərlik etdiyi qurumu məhkəməyə verdibackend

Milyonluq şirkət Rövşən Rüstəmovun rəhbərlik etdiyi qurumu məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan Dəmir Yolları” QSC məhkəməyə verilib.

Pravda.az-ın xəbərinə görə, QSC ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Atef Şirkətlər Qrupu” MMC edib.

Mahiyyəti podrat müqaviləsi üzrə mübahisə olan iş hakim Günay Namazovanın icraatındadır. Baxış iclası yanvarın 23-də keçiriləcək.

Qeyd: Nizamnamə kapitalı 33 892 585 AZN olan “Atef Şirkətlər Qrupu”nun qanuni təmsilçisi Emil Talıb oğlu Əlixanbəyovdur. MMC-nin dövlətə 359 181 manat borcu var. Nizamnamə kapitalı 906 061 960 AZN olan “Azərbaycan Dəmir Yolları”nın qanuni təmsilçisi isə Rövşən Mürvət oğlu Rüstəmovdur.