Mina partlayışı nəticəsinə 3 nəfər öldü – Onlar ANAMA-nın əməkdaşlarıdırbackend

Mina partlayışı nəticəsinə 3 nəfər öldü – Onlar ANAMA-nın əməkdaşlarıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərtərdə mina partlayışı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Aprelin 26-sı Tərtər rayonunun Talış kəndindən Tapqaraqoyunlu kəndi istiqamətində olan ərazidə mina partlayışının baş verməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı qeyd olunan ərazidə tank əleyhinə minanın partlaması nəticəsində 3 nəfərin ölməsi müəyyən edilib.

 

Faktla bağlı Tərtər rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.