Mina yenə ərə getmək istəyir – FOTObackend

Mina yenə ərə getmək istəyir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Müğənni Mina Hüseyn moderator.az-ın suallarını cavablandırıb.
– Mina xanım, gününüz necə keçir? Nə işlərlə məşğulsuz?
– Günüm əla keçir. Hər günümü daha pozitiv, şən keçirtməyə çalışıram. Rəfiqələrimlə konsertlərə, gəzintilərə gedirik. Hər gün idmanla məşğul oluram. Bundan əlavə sənətimi də unutmuram. Sənətimlə bağlı yeni mahnılar, kliplər gündəmimi zəbt edib. Tezliklə “Sev” adlı yeni mahnımı və klipimi təqdim edəcəyəm. Çox az qaldı.
– Həmkarlarınız sosial şəbəkələrdən qazanc əldə edir, bəs siz?
– Həmkarlarıma uğurlar arzu edirəm, qazancları bol olsun.
– Mina, sənətə gəlişiniz hər birimizin gözü önündə olub. Bu illər ərzində nələr dəyişib?
– Əslində bu illər ərzində çox şey dəyişib. Məgər görmürsünüz? (gülür). Ümumiyyətlə insan yaşa dolanda fikirləri də, düşüncələri də dəyişir. Məndə də həmçinin. Yəqin ki, məni efirlərə çıxdığım ilk gündən izləyən tamaşaçılar məndə o illərdən bu yana nələrin dəyişdiyinin fərqindədir.
– Mina, müğənni Almaz Saraylı ilə necə qohumsunuz?
– Bəli, Almaz xanımla qohumuq. Mən onun xalası nəvəsi sayılıram.
– Bir müddət əvvəl açıq-saçıq geyimlərdən istifadə edirdiniz. Geyim seçimini kim edir, özünüz yoxsa modelyeriniz?
– Modelyerim özüməm. Nə istəyirəmsə onu da geyinirəm. Geyim mövzusunda sərbəstəm. Əvvəllər açıq-saçıq geyimlərə üstünlük verirdim, indi isə saçıq-açıq geyinirəm (gülür).
– Hansı mövzularda yanılırsınız?
– Çox mövzularda yanılıram. Sonra düşünürəm ki, yaxşı etmişəm ki, elə yanılmışam. Peşmanlıq yaşamıram.
– Ailə həyatı qurmaq fikriniz varmı?
– Ooo ailə həyatı…(gülür). Çox istəyirəm ki, bir daha şak şak şak (gülür).