Norveçdə mindən çox insan böyük dini tədbiri ziyarət edəndən sonra karantinə yerləşdirilib.
Editor.az AZƏRTAC-a istinadən bildirir ki, əksəriyyəti məktəb, uşaq bağçası və tibb müəssisələri işçiləri olan 1100 insan Norveçin Sarpborq və Fredrikstad şəhərlərində karantinə alınıb.
Bu barədə qərar istirahət günlərində Estfoll əyalətində keçirilmiş dini mərasimdə iştirak edən 100 nəfərin COVID-19 koronavirusuna yoluxmasından sonra yerli səhiyyə orqanları tərəfindən qəbul edilib.

