MDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunubbackend

MDU-da Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı qeyd olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib.

Tədbirdə şəhid ailəsi üzvləri, universitetin əməkdaşları, tələbə və magistrantlar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbir ölkəmizin ərazi bütövlüyü uğrunda canından və qanından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Sonra şəhid övladlarının da yer aldığı səhnədə MDU-nun tələbə gənclərinin ifasında vətənpərvərlik mövzusunda müxtəlif şeir və mahnılar səsləndirilib, rəqslər təqdim edilib.