backend

Mingəçevir Dövlət Universitetindən hicablı tələbələrə – Qadağa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev sentyabrın 18-də tələbələrin qarşısında çıxış edərkən dərsə hicabla gələn tələbələrin universitetə buraxılmayacağını deyib.
Editor.az xəbər verir ki, məsələ ilə bağlı universitetinin mətbuat xidməti Lent.az-a rəsmi açıqlama verib.
Açıqlamada Mingəçevir Dövlət Universitetinin Nizamnaməsinin 1.7-ci bəndinə əsasən, universitetdə təhsil alanların geyim formasının Elmi Şuranın qərarı ilə müəyyən olunduğu deyilir: “Buna uyğun olaraq Mingəçevir Dövlət Universitetində “Təhsilalanların daxili intizam Qaydaları”nın 2.3-cü bəndinin 10-cu abzasında qeyd olunur ki, tələbələrə hicablı və digər dini atributları üzərində daşıyaraq, üzü tüklü (təraş olunmamış) vəziyyətdə təhsil ocağına daxil olmağa icazə verilmir”.