Mingəçevirdə məktəblini öldürən “Azəriqaz”ın əməkdaşıdırbackend

Mingəçevirdə məktəblini öldürən “Azəriqaz”ın əməkdaşıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarına Mingəçevirdə, “Yeni həyat” yaşayış massivində qətl hadisəsi törədilib.

Editor.az “qafqazinfo”-ya istinadən xəbər verir ki, Qasımov Əlvan Nuxa oğlu qonşusu, 16 yaşlı Kərimov Orxan Tofiq oğlunu tapançadan açdığı atəşlə qətlə yetirib.

Məlumata görə, Əlvan Qasımov yeniyetməyə beş əl atəş açıb. Güllələrdən onu baş nahiyəsinə dəyən də olub. Orxan Kərimov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qonşuların verdiyi məlumata görə, qətli törədən şəxs “Azəriqaz”ın əməkdaşı olub. O, polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, Orxan Kərimov ailənin əkiz övladlarından biri idi.