Mingəçevirdə poliklinikadan oğurluq edən şəxs müəyyən olunub – ANBAAN GÖRÜNTÜLƏRbackend

Mingəçevirdə poliklinikadan oğurluq edən şəxs müəyyən olunub – ANBAAN GÖRÜNTÜLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mingəçevir Şəhər Stomatoloji Poliklinikasında oğurluq əməli törədən şəxsin kimliyi müəyyən olunub.

Bu barədə Editor.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

Məlumata görə, hazırda həmin şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir.

Mingəçevir Şəhər Stomatoloji Poliklinikasında oğurluq hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, hadisə anbaan otaqdakı müşahidə kameralarına əks olunub.

Həmin görüntüləri təqdim edirik: