Minifutbol üzrə Azərbaycan çempionatı: “Zirə” gözlənilmədən məğlub olubbackend

Minifutbol üzrə Azərbaycan çempionatı: “Zirə” gözlənilmədən məğlub olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Minifutbol üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin ilk oyunları keçirilib.

“Report” xəbər verir ki, müntəzəm mövsümdə 15 matçın hamısında qalib gələn “Zirə” “Aznur”a uduzub – 0:2.

“Birbaşa Bakı” “İnter”i, “Odlar Yurdu” “Abşeron”u 4:1 hesabı ilə üstələyib.

“Real Bakı” – “Qalaksi” görüşündə qalib müəyyənləşməyib – 1:1.

Qeyd edək ki, mərhələnin cavab görüşləri aprelin 10-da keçiriləcək.