Bu gün minifutbol üzrə dünya çempionatında dörddəbir final mərhələsinin görüşlərinə start veriləcək.
Oxu.Az xəbər verir ki, Rumıniya ilə 1:1 hesablı heç-heçədən sonra penaltilər seriyasında qələbə qazanan seçmə komandamız bu mərhələdə İngiltərə millisi ilə üz-üzə gələcək.
1/4 final mərhələsində aşağıdakı cütlüklər yarışacaqlar:
Macarıstan – Mavritaniya;
Monteneqro – Çexiya;
İngiltərə – Azərbaycan;
Bosniya və Herseqovina – Serbiya.
Qeyd edək ki, dünya çempionatına iyunun 1-də yekun vurulacaq.