Minimum əməkhaqqı arta bilər?- AÇIQLAMAbackend

Minimum əməkhaqqı arta bilər?- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qlobal inflyasiya prosesləri ölkə daxilində də izlənib, qiymət artımının daha çox təklif kanallarından təsirləndiyini deməyə əsas verib. Bu barədə Hesablama Palatası tərəfindən hazırlanan “2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumatda əksini tapıb.

Qeyd edilib ki, inflyasiya həm daxili, həm də xarici faktorlarla əlaqəli olub, bahalaşma daha çox ərzaq məhsulları üzrə qeydə alınıb (18,4%).Ərzaq bazarında xüsusilə də əhalinin gündəlik təlabat məhsulları üzərində, qiymət artımının kəskinləşməsi insanlar arasında müəyyən narazılığa səbəb olur. Ən əsası isə minimum əməkhaqqının artan qiymətlər qarşısında tab gətirə bilməməsidir.

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov bildirdi ki, dünyada ərzaq bazarında qiymətlərin artımı, Azərbaycanın da idxaldan asılı olması ciddi şəkildə problemlər yaradır:

“Buna görə də bu ümumi problem olmaqla yanaşı, ölkəmizdə də ciddi şəkildə insanların alıcılıq qabiliyyətinin aşağı düşməsinə gətirib çıxardır. Heç olmasa ilin sonuna doğru minimum əməkhaqqı məbləğinə yenidən baxılmasına ehtiyac var. Çünki təxminən illik inflyasiya (2022-ci il) istehlak qiymətlərinin indeksinə uyğun olaraq minimum əməkhaqqının da artırılmasını zəruri hesab edirəm. Böyük ehtimal ki, hökumət də bunu diqqətdə saxlayır. Mütləq şəkildə bu məsələ öz həllini tapacaq”.

//Safura Bənnayeva, Editor.az