Minsk NATO-nun genişlənməsinə qarşı çıxacaqbackend

Minsk NATO-nun genişlənməsinə qarşı çıxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Minskin ÜmumBelarus Xalq Assambleyasında qəbul edilmiş yeni hərbi doktrinası NATO-nun genişlənməsinin qəbuledilməz olduğunu bəyan edir.

Editor.az xəbər verir ki, sənəd milli hüquqi internet portalında dərc olunub. “Belarus Respublikası NATO-nun davamlı genişlənməsini və bu hərbi-siyasi bloka üzv olan və ya qoşulmaq istəyən dövlətlərin hərbiləşdirilməsini hərbi münaqişə ehtimalını artıran təhlükəli proseslər kimi tanımır”, – doktrinada deyilir.

Eyni zamanda, Minskin NATO ölkələri ilə praqmatik münasibətlərin və normal əməkdaşlığın bərpasının tərəfdarı olduğu bildirilir.

//Gülnarə Abasova, Editor.az