Minsk qrupu, yoxsa turizm mərkəzi? – “Hər iclası bir şəhərdə…” – Dişsiz çarx!backend

Minsk qrupu, yoxsa turizm mərkəzi? – “Hər iclası bir şəhərdə…” – Dişsiz çarx!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
 “Ermənistan Cenevrə konfransının tələblərini pozub Dağlıq Qarabağa terrorçular gətirir”
“Həmsədrlər isə  reaksiya vermirlər. Belə olan halda heç bir ədalətli nəticədən söhbət gedə bilməz”
Sentyabrın 14-də Parisdə ATƏT-in Minsk Qrupu həmsədrlərinin intensiv müzakirələri keçirilib. Bu barədə ATƏT-in rəsmi saytında məlumat verilib. Həmsədrlər regiondakı vəziyyəti nəzərdən keçirmiş, xüsusilə də iyulun ortalarında Azərbaycan-Ermənistan sərhədində baş verən silahlı toqquşmalardan sonrakı yeni dinamikaya xüsusi diqqət ayırıblar.  Müzakirələr zamanı, həmçinin müvafiq tərəflərin xüsusi və ictimai mesajları və narahatlıqları diqqətlə nəzərdən keçirilərək qiymətləndirilib.
Həmsədrlər Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistan Xarici İşlər naziri Zöhrab Manatsakanyanla ayrılıqda telefonla danışıblar. Telefon danışığında hər iki ölkənin nazirinə növbəti həftələrdə öz mövqelərini daha aydın şəkildə bəyan etməyə, heç bir ilkin şərt olmadan substantiv danışıqların bərpası məqsədilə onları ATƏT-in Minsk Qrupu həmsədrləri ilə fərdi olaraq üzbəüz görüşə dəvət ediblər.
Həmsədrlər ATƏT-in mandatına uyğun olaraq, münaqişənin sülh yolu ilə hərtərəfli həlli üçün danışıqlar prosesində aktiv vasitəçi olmaqla bağlı öhdəliklərinə sadiq qaldıqlarını ifadə ediblər.
 Məşhur misalı bir az dəyişərək söyləyə bilərik ki, vicdansızın sonradan vicdana gəlməsi pis olur. Bəlkə də, həmsədrlər lap əvvəldən yerlərində deyilmişlər. Bu da “yaman olur halımız, səhv düşəndə yerimiz” misralarının əyani nümunəsi…
 Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “Sherg.az”a açıqlamasında bildirib ki, Azərbaycan danışıqların əleyhinə deyil. Bir şərtə ki, məsələyə obyektiv yanaşılsın:
“Müzakirələr münaqişənin həll olunması istiqamətində konkret təqvim əsasında gedir. Azərbaycan tərəfi danışıqlarda iştirak etməyə hazırdır. Amma bizə real addımlar, nəticə lazımdır. Təəssüf ki, bunu görmürük. ATƏT-in Minsk qrupu beynəlxalq turizm mərkəzinə çevrilib. Hər iclas Avropanın ən gözəl şəhərlərindən birində baş tutur”.
A.Mollazadə, həmçinin həmsədrlərin yarıtmaz fəaliyyətindən də söz açıb:
“Onların yeganə işi münaqişəni dondurmaqdır. Halbuki vasitəçilər beynəlxalq hüquq normalarını müdafiə etməlidirlər. Boş-boş müzakirələrə ehtiyac yoxdur. Ermənistanın bundan əvvəlki hakimiyyəti danışıqları imitasiya edirdi. Paşinyan hökuməti isə heç bunu da lazım bilmir.
Biz Minsk qrupundan konkret bəyanatlar gözləyirik.
Ermənistan Cenevrə konfransının tələblərini pozaraq Dağlıq Qarabağa Orta Asiyadan terrorçular gətirir. Həmsədrlər isə  reaksiya vermirlər. Belə olan halda heç bir ədalətli nəticədən söhbət gedə bilməz”.