Minsk razılaşmasından çıxa bilmərik, çünki… – Zelenskibackend

Minsk razılaşmasından çıxa bilmərik, çünki… – Zelenski

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Donbas münaqişəsinin həllinə dair Minsk razılaşmasından çıxa bilməz.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Fokus” nəşrinə müsahibəsində bildirib.

“Brifinqlərdən birində dediyim kimi, hesab edirəm ki, biz Minsk razılaşmalarından asanlıqla çıxa bilmərik. Çünki avropalılar Rusiya və separatçılara sanksiyaları aradan qaldıra bilərlər. Amma şəxsən mən çıxardım”, – deyə o qeyd edib.

Bununla yanaşı, o, Ukraynanın münaqişənin nizamlanması yolunda əvvəlki razılaşmalar çərçivəsində irəliləməkdə davam etdiyini, “B” planı haqda isə danışmağın hələ tez olduğunu söyləyib.