Miqrantlar aclıq aksiyasına başlayıbbackend

Miqrantlar aclıq aksiyasına başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya Manş boğazını keçən və ölkəyə qeyri-qanuni yollarla daxil olan bəzi miqrantları Ruandaya göndərmək planında ilk addımı atmağa hazırlaşır.

Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, Afrikaya göndəriləcək ilk təyyarə 14 iyunda yola düşəcək. Bu barədə məlumatı İngiltərənin Daxili işlər Nazirliyi verib. Ruandaya göndəriləcək miqrantlar bu barədə bildiriş aldıqdan sonra aclıq aksiyasına başlayıb.

Miqrantlardan bir neçəsi başlarına gələni BBC-yə danışıb. Onlar qeyd edib ki, orada yaşayacaqları yer və şərait haqqında heç bir məlumat verilməyib. Məhz buna görə miqrantlar etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıb.

//Nəzərbəy Hacıağayev, Editor.az