Mərakeşin cənubunda İspaniyaya gedən miqrant qayığı batıb. Hadisədə sağ qalan 12 nəfər həbs olunub, 7 nəfərin cəsədi isə artıq tapılıb.
Editor.az “Hürriyet” qəzetinə istinadən xəbər verir ki, bu barədə Miqrasiya axınlarını izləyən “Walking Borders” qeyri-hökumət təşkilatının təsisçisi Helena Maleno açıqlama verib.
Maleno qəzada həyatını itirən 44 nəfərin cəsədinin hələ də dənizdə olduğunu və ərazidə axtarış işlərinin davam etdiyini bildirib.
Qeyd edək ki, mart ayında Mərakeşin cənubundakı Tarfaya şəhəri sahilində baş verən analoji hadisədə qadın və körpələr də daxil olmaqla, 40-dan çox miqrant həyatını itirmişdi.
//Nəzərbəy, Editor.az

