Mirşahin Ağayevin rəhbərliyi ilə fəaliyyət göstərən “Real TV”də aparıcının müəllifi olduğu “Mir Şahinin vaxtı” adlı verilişin növbəti buraxılışında 2020-ci ildə girovluqdan azad olunan Şahbaz Quliyevin Azərbaycanda bəzi “YouTube” kanallarına dəvət edilərək bu şəxsin fikirlərinin birtərəfli şəkildə açıqlamasına şərait yaradıldığı iddia edilib.
Bununla da “Media haqqında” qanunun tələblərinin pozulmasına işarə edilib.
“Niyə Bakıda ermənilərin hərbi cinayətlərini ifşa edən məhkəmə “YouTube” kanallarında bu qədər ajiotaja səbəb olmurdu, amma bir zavallı əsirin çıxışındakı anti-Azərbaycan müddəaları “YouTube” kanallarında belə səxavətlə tirajlanır?”, – deyə jurnalist sual verir.
Sözügedən verilişi təqdim edirik:

