“Ermənistan-Azərbaycan danışıqları məhz ikitərəfli formatda, xarici müdaxilə olmadan ən yaxşı nəticələr verirdi”.
Oxu.Az erməni KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Ararat Mirzoyan Antalyada türkiyəli jurnalistlərə müsahibəsində deyib.
O xatırladıb ki, nizamlanma prosesində Rusiya, ABŞ və Avropa İttifaqı da daxil olmaqla, çox sayda vasitəçi iştirak edib. Ermənistan XİN rəhbəri qeyd edib ki, bununla belə, Ermənistan-Azərbaycan danışıqlarının tarixi göstərir ki, ən böyük nəticələr birbaşa ikitərəfli dialoq formatında əldə edilib.
“Ona görə də tamamilə mümkündür ki, Cənubi Qafqazda sülhün bərqərar olmasında, Ermənistan-Azərbaycan münasibətlərinin nizamlanmasında maraqlı olan bütün dövlətlər bu və ya digər şəkildə bu prosesdə iştirak edə bilər. Amma konkret danışıqlara gəldikdə, biz tək, iki ölkə bir otaqda olanda birbaşa danışmaq imkanımız var, əlaqələrimiz var, asanlıqla fikir mübadiləsi aparırıq. Yəni texniki baxımdan, heç bir problemimiz yoxdur. Buna görə də, yəqin ki, bizim başqa bir vasitəçiyə ehtiyacımız yoxdur”,