Mirzoyan: “Vaşinqton Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına maraq göstərir”backend

Mirzoyan: “Vaşinqton Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına maraq göstərir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidenti Donald Trampın Administrasiyası rəsmi Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına maraq göstərir.

Oxu.Az-ın erməni mediasına istinadən məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Antalyada türkiyəli jurnalistlərə müsahibəsində bildirib.

O qeyd edib ki, Ermənistanın ABŞ-nin yeni administrasiyası ilə əlaqələri var.

“Bizim əlaqələrimiz var. ABŞ-nin yeni administrasiyası sülh müqaviləsinin mətni ilə bağlı razılığımız barədə bəyanatlarımızı alqışladı. Həmçinin deyə bilərəm ki, yeni administrasiya tərəfindən Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına maraq müşahidə olunur. Biz bu impulsları görürük”, – deyə Ermənistanın xarici işlər naziri əlavə edib.