Mişel Obama Netflix-də uşaqlar üçün yeni şou hazırlayacaqbackend

Mişel Obama Netflix-də uşaqlar üçün yeni şou hazırlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın keçmiş prezidenti Barak Obamanın xanımı Mişel Obama “Netfix” platformasında uşaqlar üçün yeni şou verlişini başladır.

“16 Martda “Netflix”də “Vaffli+Moti” adlı yeni bir veriliş açacağımı bildirməkdən məmnunam! Bütün dünyadan ailələri və uşaqları dadlı yeməkləri araşdırdığımız, bişirdiyimiz və yeyən zaman sərgüzəştlərimizdə bizə qatılmalarını səbirsizliklə gözləyirəm” – Obama yazıb.

Xatırladaq ki, 2018-ci ildə Barak Obama və həyat yoldaşı Mişel müxtəlif formatlı filmlərə prodüsserlik etmək üçün “Netflix” yayım xidməti ilə müqavilə bağlayıblar.

//Trend