Misir 2,3 milyon Qəzza qaçqınını qəbul etməkdən imtina edirbackend

Misir 2,3 milyon Qəzza qaçqınını qəbul etməkdən imtina edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misirin baş naziri Mustafa Madbuli ölkənin Qəzza zolağının Sinay yarımadasındakı 2,3 milyon sakinini qəbul etməkdən imtina etdiyini təsdiqləyib.

Editor.az bildirir ki, o, bu barədə Əl-Ariş şəhərində Şimali Sinay ağsaqqalları ilə görüşdə bildirib. “Prezident Əbdülfəttah əs-Sisinin dediyi kimi, Misir bizə nəyinsə yüklənməsinə və ya regional problemlərin bizim hesabımıza həllinə icazə verməyəcək”, – deyə Madbuli. O əlavə edib ki, Misir hakimiyyəti yaxın illərdə yarımadanın yenidən qurulmasını maliyyələşdirəcək və onun inkişafı üçün planlarını genişləndirəcək ki, “heç kəs Misirin Sinayı tərk edəcəyini düşünməsin”.

Ölkə ərazini qorumaq üçün milyonlarla insanın həyatını qurban verməyə hazırdır. Bundan əvvəl “Associated Press” İsrail kəşfiyyatının planı barədə məlumat verərərk bildirmişdi ki, hərbi əməliyyatların əvvəlində Qəzza zolağında 2,3 milyon dinc sakin Sinay yarımadasının şimalına köçürülməli idi. Əvvəlcə qaçqınların müvəqqəti çadır şəhərlərində yerləşdirilməsi, sonra onların yerində daimi şəhərlərin salınması nəzərdə tutulurdu.

Sənəddə Qəzza sakinlərinin köçürülməsi üçün digər mümkün bölgələrin sırasında Türkiyə, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Kanadanı da adı çəkilir. Kəşfiyyat planı ilə tanış olan İsrail rəsmisi “Associated Press”ə bildirib ki, sənəd məcburi deyil və təhlükəsizlik rəsmiləri ilə müzakirə olunmayıb.

//Samir Qurbanov, Editor.az