Misir 2025-ci ilə qədər 35 yeni qaz quyusu qazacaqbackend

Misir 2025-ci ilə qədər 35 yeni qaz quyusu qazacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misirin neft və mineral ehtiyatlar naziri Tarik əl-Molla ölkəsinin 2025-ci ilin iyun ayına qədər 35 yeni qaz quyusu qazmağı planlaşdırdığını açıqlayıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, qazma işləri ilə özünü təbii qazla təmin edən səviyyəyə çatdıran Misir neft və təbii qaz ehtiyatlarını artırmaq üçün var gücü ilə çalışır.

Misir Baş Nazirliyindən verilən yazılı açıqlamaya görə, baş nazir Mustafa əl-Medbuli neft və mineral sərvətlər naziri Tarik Mollanı qəbul edib. Molla görüşdən sonra ölkəsinin 2025-ci ilə qədər Aralıq dənizi və Nil Deltasında 45 təbii qaz quyusu qazmağı planlaşdırdığını, bunlardan 10-nun 2022-2023-cü maliyyə ilində həyata keçirildiyini bildirib.

2024-2025-ci maliyyə ilinin sonuna qədər sərmayəsi 1,5 milyard dollardan çox olan 35 yeni təbii qaz qazma quyusunun qazılacağını da əlavə edən Molla, ölkənin hasilat sürətini artırmağı hədəflədiklərinə diqqət çəkib.Molla qazılacaq yeni quyuların yerləri barədə məlumat verməyib.

Son illər özünü təbii qazla təmin edən Misir neft və təbii qaz ehtiyatlarını artırmaq üçün çox çalışır.

//Gülnarə Abasova, Editor.az