Misir ilə Rusiya arasında hərbi əməkdaşlıq protokolu imzalanıbbackend

Misir ilə Rusiya arasında hərbi əməkdaşlıq protokolu imzalanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya müdafiə naziri Sergey Şoyqu misirli həmkarı Məhəmməd Zeki ilə hərbi əməkdaşlıq protokolu imzalayıb.

Editor.az xəbər verir ki, Misir Ordusunun sözçüsü polkovnik Garip Əbdülhafiz rəsmi “Facebook” səhifəsindəki paylaşımda Zekinin Birgə Hərbi Komissiyanın 7 -ci iclasına qatılmaq üçün getdiyi Moskvada Şoyqu ilə görüşdüyünü bildirib.

Paylaşımda Məhəmməd Zeki rusiyalı həmkarına iki ölkə arasında müxtəlif sahələrdə tərəfdaşlıq və əməkdaşlığı inkişaf etdirmək istəyini qeyd edib.

Digər tərəfdən isə Şoyqu ölkəsinin Misirlə mövcud əməkdaşlığını inkişaf etdirmək istədiyini və Misirin Yaxın Şərqdə mühüm strateji tərəfdaş olduğunu bildirib.

Misirin müdafiə naziri Moskvaya 3 günlük səfəri çərçivəsində rəsmi görüşləri tamamlayaraq ölkəsinə qayıdıb.

//Gülnarə Abasova, Editor.az