Misir İrandan göndərilən humanitar yardımı geri qaytarıbbackend

Misir İrandan göndərilən humanitar yardımı geri qaytarıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misir Qəzza zolağının sakinləri üçün İrandan humanitar yardımı qəbul etməyib.

Editor.az bildirir ki, bu barədə “Al Mayadeen” mənbələri məlumat yayıb. Livan telekanalının məlumatına görə, İran prezidenti İbrahim Rəisi Ər-Riyadda görüş zamanı Misir prezidenti Əbdülfəttah əs-Sisiyə müraciət edib. İsrailin HƏMAS-a qarşı cavab hərbi əməliyyatı keçirməsi fonunda Qəzza zolağında humanitar vəziyyət xeyli pisləşib.

Anklavda əksəriyyəti qadın və uşaqlar olmaqla 11 mindən çox insan həlak olub. 27,5 min nəfər xəsarət alıb. Oktyabrın 7-də HƏMAS-ın İsrailə başladığı hücumu nəticəsində 1,2 min israilli ölüb, 5,4 min nəfər yaralanıb, 200-dən çox insan girov götürülüb.

Beynəlxalq təşkilatlar Qəzza zolağında su, qida, dərman və yaşayış yerlərinin qıtlığını qeyd ediblər. BMT agentlikləri vəziyyəti fəlakətli adlandırırlar.

//Samir Qurbanov, Editor.az