Misir Prezidenti Əbdülfəttah əs-Sisinin Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə rəsmi səfəri başlayıb.
Oxu.Az bu barədə Türkiyə KİV-nə istinadən xəbər verib.
Qeyd olunur ki, Əbdülfəttah əs-Sisini hava limanında R.T.Ərdoğan qarşılayıb.
İki liderin görüşündə Qəzzadakı münaqişə və sülh səylərinin müzakirə olunacağı, həmçinin Türkiyə-Misir Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk iclasının keçiriləcəyi bildirilib.
Eyni zamanda bir sıra sazişlərin imzalanacağı gözlənilir.
Qeyd edək ki, bu, Misir prezidentinin 12 ildən sonra Türkiyəyə ilk səfəridir.