Misir Prezidenti: “Rusiyanın Misirin BRİKS-ə qoşulmasına verdiyi dəstəyi yüksək qiymətləndirirəm”backend

Misir Prezidenti: “Rusiyanın Misirin BRİKS-ə qoşulmasına verdiyi dəstəyi yüksək qiymətləndirirəm”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misir prezidenti Əbdülfəttah əs-Sisi Kazanda keçirilən BRİKS sammitində Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Editor.az xəbər verir ki, Misir prezidenti görüşdə Rusiyanın Misirin BRİKS-ə qoşulmasına verdiyi dəstəyi yüksək qiymətləndirdiyini bildirib.

“Rusiyanın Misirin BRİKS-ə qoşulmasına verdiyi dəstəyi, həmçinin Rusiya tərəfinin sədrliyi dövründə həyata keçirdiyi bütün fəaliyyətləri yüksək qiymətləndiririk. Biz bütün bu tədbirlərdə iştirak etmək istəyirik”, – deyən prezident sammitdə iştirakının onun üçün böyük xoşbəxtlik olduğunu bildirib.

//Gülnarə Abasova, Editor.az