Misir prezidenti Əbdülfəttah əs-Sisinin andiçmə mərasimi aprelin ikisində ölkənin yeni inzibati paytaxtı Yeni Qahirədə keçiriləcək.
Məlumata görə, çərşənbə axşamı səhər Misir Nümayəndələr Palatası (parlament) əs-Sisinin parlamentarilər qarşısında konstitusiya andı içəcəyi yeni iclas zalında toplaşacaq.
Rəsmi olaraq Misir hakimiyyəti hələlik bu məlumatı şərh etməyib.
Qeyd edək ki, dekabrın 18-də Misirin seçki komissiyası əs-Sisinin prezident seçkisində demək olar ki, 90 faiz səslə qalib gəldiyini açıqlayıb. Misir prezidentinin səlahiyyət müddəti altı ildir. Seçkidə əs-Sisi üçüncü, ölkənin hazırkı konstitusiyasına görə isə sonuncu dəfə namizədliyini irəli sürüb.
Xatırladaq ki, Yeni Qahirənin əsası 2000-ci ildə qoyulub.
Oxu.az