Misir Qəzza zolağı ilə sərhədə çox sayda tank və zirehli texnika cəmləşdiribbackend

Misir Qəzza zolağı ilə sərhədə çox sayda tank və zirehli texnika cəmləşdirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misir Qəzza zolağı ilə sərhəddə yerləşən “Rəfah” keçid məntəqəsi yaxınlığında onlarla tank və zirehli texnika yerləşdirib.

Editor.az bildirir ki, bu barədə İsrailin “The Times of Israel” qəzeti yazıb. Qəzetin jurnalistlərinin qeyd edirlər ki, Misirlə Qəzza zolağının sərhədi yaxınlığında tanklar və “onlarla zirehli maşın” var.

Keçid məntəqəsinə ağır texnikanın yerləşdirilməsi Qahirənin Qəzza zolağından on minlərlə qaçqının mümkün axınından ehtiyat etdiyi bir vaxta təsadüf edir.

Misir hakimiyyəti nəzarət-buraxılış məntəqəsinin yaxınlığında ağır texnikanın yerləşdirilməsinə münasibət bildirməyib.

Qeyd edək ki, “Rəfah” keçid məntəqəsi Misirlə Fələstin anklavı arasında yeganə sərhəd keçid məntəqəsidir. Bundan əvvəl Misir hökuməti İsraillə HƏMAS hərəkatı arasında gedən müharibə ilə əlaqədar Fələstinin Rəfah şəhərində Qəzza zolağından olan qaçqınlar üçün düşərgələrin yaradılmasını təklif etmişdi. Düşərgələrin Misirlə sərhəddən 3 km aralıda yerləşəcəyi və onların fəaliyyətinin tamamilə Qahirənin nəzarəti altında olacağı güman edilir.

//Samir Qurbanov, Editor.az