Bu gün ilk dəfə olaraq Misirlə Qəzza zolağı arasında sərhəd keçid məntəqəsi əcnəbiləri və yaralıları azad etmək üçün açılıb.
“Misir səlahiyyətliləri 90-a yaxın yaralı fələstinlinin və 450-yə yaxın ikili vətəndaşların və əcnəbilərin keçidinə icazə vermək üçün (Rəfaha terminalının) müstəsna açılışını elan edib”.
Editor.az bildirir ki, bu barədə “France Presse” agentliyi məlumat yayıb. “Əl-Qahira əl-Ekhbariya” telekanalı xəbər verir ki, Misir təcili yardımı xəstələri və yaralıları götürmək üçün Qəzza zolağına onlarla maşın göndərib.
Misirdə sərhəddən təxminən 15 km uzaqlıqdakı Şeyx Zuveyd şəhərində tibbi yardıma ehtiyacı olan fələstinlilər üçün xəstəxana hazırlanıb. İlk əcnəbilər də Misirə doğru Rəfah keçid məntəqəsindən keçməyə başlayıblar. Sərhəd keçid məntəqəsinin bu gün neçə saat açıq olacağı məlum deyil. “Reuters” agentliyinin məlumatına görə, tərəflər son tarix təyin etməyiblər.
//Samir Qurbanov, Editor.az

