Misirdə istirahət turlarına maraq niyə artıb?-Turizm eksperti açıqlayırbackend

Misirdə istirahət turlarına maraq niyə artıb?-Turizm eksperti açıqlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bugünlərdə Azərbaycanda fəaliyyət göstərən bir qrup yerli turizm agentləri və ekspertlərinin Misirin Şarm əş-Şeyx şəhərinə səfəri baş tutub. Editor.az xəbər verir ki, səfər “Gerso Travel” baş tutub. Səfər çərçivəsində Azərbaycanın tanınmış turizm şirkətlərinin nümayəndələri Şarm Əl-Şeyxdəki turizm mühiti, şəhərinən lüks və aşağı büdcəli otelləri ilə yaxından tanış olublar.

Səfərdə iştirak edən “Matrix Oasis” şirkətinin nümayəndəsi Şəfiqə Farz Editor.az-a bildirib ki, son zamanlar həm dünyada, həm də Azərbaycanda Misirdə istirahətə böyük maraq müşahidə olunur: “Müşahidələrim əsasında deyə bilərəm ki, Misir həqiqətən də aktiv istirahət üçün ideal seçimdir. Misirdə azərbaycanlı turistlərə qarşı xüsusi diqqət var. Hətta Azərbaycandan gəldiyimizi biləndə turistik məkanlarda bizə hədiyyələr təqdim olunurdu”.

Turizm eksperti bildirib ki, insanlar arasında yay aylarında Misirə səfərin əlverişsiz olması ilə bağlı bir rəy formalaşıb: ” Doğrudur, Misirdə havalar çox istidir. Ancaq bu insanların istirahətinə mane yaratmır. Burada insanların rahat istirahəti üçün bütün infrastruktur mövcuddur. Şarm əş-Şeyxdə aktiv istirahət etmək istəyən turistlər biz agentlərin təşkilatçılığı ilə dayvingden, paraşütdan və digər ekstrim dolu xidmətlərdən istifadə edə bilərlər. Bir sözlə təşkil olunan info tur nəticəsində Misirin gözəlliyi ilə yaxından tanış olduq və azərbaycanlı turistləri də bu gözəlliklərlə yaxından tanış etməyə hazırıq”.

//Editor.az