Misir üç ildən sonra hava məkanını Qətər təyyarələrinə açdıbackend

Misir üç ildən sonra hava məkanını Qətər təyyarələrinə açdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misir rəhbərliyi Qətər təyyarələri üçün hava sahəsi açdığını və birbaşa uçuşlara icazə verdiyini açıqlayıb.

“Anadolu” agentliyi bu barədə ölkənin Mülki Aviasiya Təşkilatının başçısı Əşrəf Noyerin yazılı açıqlamasına istinadla məlumat yayır.

Noyer qeyd edib ki, Misir Qətər hava yolu şirkətlərinə tətbiq etdiyi embarqonu ləğv edib:

“Bu səhər Qətər təyyarəsinə Misir hava sahəsini istifadə etməyə icazə verildi”.

Onun sözlərinə görə, Misir hava yolu şirkəti “Egypt Air” və “Qatar Airways” qarşılıqlı uçuşlara başlayacaq.

Qeyd edək ki, beş yanvarda keçirilmiş 41-ci Körfəz Əməkdaşlıq Şurasının Sammitində əldə edilən əməkdaşlıq müqaviləsini Qahirə də imzalayıb və üç illik embarqodan sonra dörd ərəb ölkəsi yenidən Qətərlə ortaq məxrəcə gəlib.

Embarqoya görə 2017-ci ildən bəri Qətər və Misir arasında birbaşa uçuşlar mümkün olmayıb. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Qətər təyyarələri üçün hava sahəsini açıb.