İslam dünyası ölkələri Bakını ölkənin bütövlüyü uğrunda mübarizədə dəstəkləyir və Qarabağın Azərbaycana məxsus olduğuna inanır.
Editor.az bildirir ki, bunu Misirin “Nur-Mübarək” Universitetinin rektoru Məhəmməd əs-Şahat Əbdülhəmid Məhəmməd əl-Cindi mətbuata açıqlamasında deyib.
O, Azərbaycanın paytaxtında “İslamofobiya irqçilik və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni Qlobal və Transmilli Çağırışlar” mövzusunda keçirilən konfransda iştirak edir. Konfransda 32 dövlətin nümayəndələri iştirak edir.
Rektor vurğulayıb ki, Misir Qarabağın Azərbaycanın ərazisi olduğunu, İrəvanın isə ölkə ərazilərini işğal etdiyini çox gözəl bilir və Azərbaycan haqlı olaraq öz rayonlarını azad edib.
O, eyni zamanda əlavə edib ki, Ermənistan Qarabağda yenidən təxribat törətmək qərarına gələrsə, İslam dünyası ölkələri Azərbaycanı dəstəkləyəcək.
//Samir Qurbanov, Editor.az