Misir Mərkəzi Bankı və Çin Xalq Bankı yerli valyutalarda ifadə olunan maliyyə əməkdaşlığını gücləndirmək üçün üç saziş imzalayıb.
Editor.az xəbər verir ki, Mərkəzi Bankın sədri Həsən Abdullah və Çin Mərkəzi Bankının sədri Pan Qonqşenin iştirakı ilə Çinin Baş naziri Li Cyanqın Qahirəyə səfəri zamanı aparılan danışıqlarda strateji maliyyə əməkdaşlığı və borc dəyişdirmələri üzrə razılaşmalar əldə olunub. Aşağı karbonun inkişafı, elektron ticarət, keyfiyyət standartları kimi sahələrdə də protokollar imzalanıb. Müqavilələr həmçinin Çin maliyyə bazarında Panda istiqrazlarının buraxılması və iki ölkənin ödəniş sistemlərinin inteqrasiyasını əhatə edir.
//Gülnarə Abasova, Editor.az

