Misirin paytaxtı Qahirənin mərkəzi vağzalında güclü yanğın baş verib.
Hadisəyə səbəb qatarın yanacaq daşıyan sisternlə toqquşması olub.
Toqquşmadan sonra partlayış qeydə alınıb. Yanğın nəticəsində 24 nəfərin öldüyü, 50-yə yaxın şəxsin xəsarət aldığı bildirilir.
Hazırda vağzal təxliyə olunub. Qataralrın hərəkətində problem yaranıb.
Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.
Misirdə dəmiryol stansiyasında yanğın baş verib.
Mirror-un təcili xəbərinə görə İsgəndəriyyədən Qahirənin ən iri dəmiryol stansiyası – “Ramsis”ə gedən qatar platformaya çatanda alışıb.
İlkin məlumata görə hadisə nəticəsində 15 nəfər ölüb, 20-dən çox yaralı var.
Sosial şəbəkələrdə hadisə ilə bağlı görüntülər yayılıb. Fotolarda bir neçə nəfərin hərəkətsiz halda platformada uzanması əks olunub.
//Trend