Misirin İsmailiyyə şəhərində polis binasında güclü yanğın baş verib.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, yanğın zamanı 25 nəfər xəsarət alıb, binada olan ən azı 100 nəfər xəstəxanalara göndərilib. Ölənlərin sayı hələlik məlum deyil.
Sosial şəbəkələrdə yayımlanan videolarda şəhərin polis idarəsinin alovlar içində qaldığı görünür. Yanğının səbəbi hələlik məlum deyil. Yanğın başlayandan cəmi 3 saat sonra nəzarət altına alınıb.
//Gülnarə Abasova, Editor.az

