Misirlə əməkdaşlıq Azərbaycana nə vəd verir ?-Deputatdan AÇIQLAMAbackend

Misirlə əməkdaşlıq Azərbaycana nə vəd verir ?-Deputatdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə Parlament nümayəndə heyəti Misirə rəsmi səfərə gedib. Səfər çərçivəsində spiker Sahibə Qafarova Misir Senatının və Nümayəndələr palatasının sədrləri, bu ölkənin Baş naziri və Ərəb Parlamentinin nümayəndələri ilə bir sıra görüşlər keçirib.

Məsələni Editor.az-a şərh edən Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib ki, Misir Ərəb Respublikası Ərəb dünyasının ən böyük ölkələrindən biridir:

” Zəngin mədəniyyəti və tarixi ilə seçilir. Azərbaycanla Misir arasında əlaqələr isə uzun illərdir ki, inkişaf edir. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin Misirə səfəri baş tutmuşdu. 2007-ci ildə isə Prezident İlham Əliyev bu ölkəyə səfər etdi. Həmin dövrdən başlayaraq bir sıra sahələrdə hər iki ölkə arasında əlaqələrin sürətli inkişafının şahidi olduq. Misir prezidenti Əbdülfəttah Əs-Sisinin yanvarın 28-də Azərbaycana səfəri, ardınca Prezident İlham Əliyevlə danışıqlar aparması, müxtəlif məsələlərlə bağlı geniş razılığa gəlinməsi də əlaqələrin inkişafına müsbət töhfələr verir”.

Deputatın sözlərinə görə, hər iki ölkəni bir-biri ilə birləşdirən məsələlər və bir sıra dəyərlər var:

“Yanvarın 28-dəki görüşdən sonra Milli Məclisin Sədri Sahibə Qafarova Misirdə səfərdə olub. Burada Misir-Azərbaycan əlaqələri ətrafında geniş müzakirələr aparılır. Hiss olunur ki, rəsmi Qahirədə də Azərbaycana böyük diqqət, rəğbət, sevgi var. Burada bir sıra görüşlər də keçirilib. Bu gün də görüşlərin davam etdirilməsi nəzərdə tutulur. Sözügedən görüşlər bizə növbəti mərhələdə ikitərəfli əlaqələri daha da gücləndirmək imkanı verəcək. Hər iki ölkə əlaqələrin gücləndirilməsində maraqlıdır “.

//Safura Bənnayeva, Editor.az