Misirli ekspert: İran-İsrail atəşkəsi çox kövrəkdirbackend

Misirli ekspert: İran-İsrail atəşkəsi çox kövrəkdir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Siyasi məsləhətçi və beynəlxalq əlaqələr üzrə ekspert Hamed Fares İran və İsrail arasında əldə olunan atəşkəsi dəyərləndirib.

Editor.az xəbər verir ki, ekspert bu atəşkəsin heç bir siyasi əsası olmadığı üçün çox kövrək olduğunu bildirib.

“Hesab edirəm ki, bu saziş kifayət qədər kövrəkdir, çünki onun heç bir siyasi əsası yoxdur. Bu razılaşmanın əsasını müəyyən etmək və Trampı öz mövqeyini dəyişməyə vadar edən səbəbləri üzə çıxarmaq vacibdir. Bütün regionu narahat edən belə mürəkkəb problemin həlli üçün ciddi diplomatik səylər və siyasi iradə lazımdır. Həmçinin Yaxın Şərq böhranının həllində digər regional aktorların rolunu və İranın Rusiya və Çinlə möhkəm münasibətlərini də nəzərə almaq lazımdır”,- deyə ekspert bildirib.

Fares İsrailin iranlı nüvə alimlərini hədəf almasını elmə hücum kimi qiymətləndirib və sözlərini belə davam etdirib:

“Mən bunu elmə, o cümlədən dinc nüvə enerjisi sahəsində tədqiqata hücum hesab edirəm. Nüvə proqramının həyata keçirilməsi istənilən halda davam edəcək”.

//Gülnarə Abasova, Editor.az